RU

Xocavəndə köçənlərin illər sonra TƏƏSSÜRATLARIVİDEO

İşğaldan azad ediləndən sonra quruculuq və bərpa işlərinin əraziyə uyğun aparıldığı rayonlardan biri də Xocavənddir.

Xezerxeber.az xəbər verir ki, Hadruta, öz doğma ata-baba yurdlarına qaıyıdanlardan biri də Mustafayevlər ailəsidir. Ailə başçısı Zahid  Mustafayev deyir ki, 4 aydır doğma yurdlarına köçüblər. Bu torpaqlarda möhkəmlənib həyatlarını qururlar.

Flora Mustafayeva isə Hadrutda köçənə qədər heç vaxt burada olmayıb. Yalnız həyat yoldaşının ona danışdığı qədər, qiyabi tanıyıb bu səfalı yerləri.

Yavər Qurbanov və onun ailəsi isə ötən ilin sentyabrında Xocavəndin Qırmızı Bazar qəsəbəsinə köçənlər sırasındadır. Əmralıllar kəndindən məcburi köçkün düşən Yavər Qurbanov Qırmızı Bazar qəsəbəsində hər şəraiti olan evlə təmin edilib. O, özünüməşgulluq proqramına da cəlb olunub.

Rayon ərazisində quruculuq işləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
105
xezerxeber.az

1Источники