RU

Fransa NATO-dan Qrenlandiyada hərbi təlimlər keçirmək tələb edir

Editor.az xəbər verir ki, “Reuters” agentliyinin Fransa prezident aparatına istinadən verdiyi məlumata görə, Fransa NATO-dan Qrenlandiyada təlimlər keçirmək tələb edib.

Belə ki, yanvarın 20-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Fransa prezidenti Emmanuel Makron Parisin adaya qoşun göndərdiyini və Danimarkanı dəstəkləmək üçün birgə təlimlərə qoşulduğunu elan edib. O, bu addımın heç kim üçün təhlükə yaratmadığını vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Избранный
77
editor.az

1Источники