Ötən 2025-ci ildə Gürcüstanın turizm gəlirləri illik 6 faiz artaraq rekord həddə - 4 milyard 690,2 milyon dollara çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 2025-ci il turizm sənayesi üçün gəlir baxımından rekord il olub. Belə ki, ötən ilin dördüncü rübündə səyahət gəlirləri 9,2 faiz artaraq 1 milyard 52,4 milyon dollar olub.