RU

AZAL ın qəzaya uğrayan təyyarəsi ilə bağlı açıqlama VİDEO

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qazaxıstan hələ ki, AZAL təyyarə qəzası ilə bağlı iki xarici laboratoriyadan məlumat almayıb".

"Unikal" xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev bildirib.

"Biz hələ iki xarici laboratoriyadan test nəticələrini almamışıq... Daxili razılaşmaya əsasən, biz razılaşdıq və laboratoriya təhlilini hər iki tərəfə, Rusiya Federasiyasına və Azərbaycan tərəfinə təhvil verdik. Daha sonra Azərbaycan tərəfi onu xarici mütəxəssislərə təhvil verdi", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, faciə ilə bağlı yekun hesabat xarici laboratoriyalardan məlumat aldıqdan sonra dərc olunacaq. Avionika modulu təhlil üçün amerikalı bir istehsalçıya göndərilib.

Xatırladaq ki, Bakıdan Qroznıya uçan "AZAL Embraer 190" təyyarəsi 25 dekabr 2024-cü ildə Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş heyət üzvü olub; 29 nəfər sağ qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
61
1
unikal.az

10Источники