RU

Çindəki zəlzələdə 1907 ev zərər görüb

Pekin, 21 yanvar, AZƏRTAC

Çinin cənub-qərbindəki Yunnan əyalətində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 1907 evə və 8 məktəb binasına ziyan dəyib.

AZƏRTAC xəbər verir ki, əyalət hökumətinin məlumatına görə zərər dəyən evlərdən 334 sakin təxliyə edilib. Bundan başqa, yollarda 500-ə yaxın yerdə çat əmələ gəlib.

Qeyd edək ki, yanvarın 19-da əyalətin Çiaocia rayonunda 5,1 bal gücündə zəlzələ olub. İnsan ölümü qeydə alınmayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

 

Избранный
99
3
azertag.az

4Источники