RU

Yağıntılı hava Türkan qəsəbəsini keçilməz hala saldıVİDEO

Aramsız yağan yağışlar Xəzər rayonunun Türkan qəsəbəsində ciddi problemlərə yol açıb. Qəsəbənin əsas küçələrindən biri olan Dənizkənarı küçəsi su altında qalıb.

Xezerxeeber.az xəbər verir ki, nəticədə həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Xüsusilə 6 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin qarşısında və 101 saylı marşrut xəttinin son dayanacağında yaranan vəziyyət sakinlərin narazılığına səbəb olub.

Qəsəbə sakinləri deyirlər ki, əvvəllər də belə vəziyyət baş verib, amma bir müddət sonra sular çəkilib. İndi isə aylardır gölməçənin suyu onlara çətinlik yaradır.

Yolumuzu Türkan qəsəbə Bələdiyyəsindən saldıq, suallarımızı ünvanlamağa səlahiyyətli şəxs tapmadıq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
36
1
xezerxeber.az

2Источники