
Qazaxıstan AZAL qəzasını araşdıran iki xarici laboratoriyadan məlumat almayıb.
Yeniavaz.com xəbər verir ki, bunu Qazaxıstanın Nəqliyyat naziri Nurlan Sauranbayev Məclisin kluarında açıqlama verərkən deyib.
“Daxili razılaşmaya əsasən, laboratoriya analizini iki tərəfə - Rusiya Federasiyasına və Azərbaycan tərəfinə ötürmək barədə razılığa gəldik. Daha sonra Azərbaycan tərəfi onu xarici mütəxəssislərə ötürdü”, - Sauranbayev bildirib.