RU

Bu tarixdə dünyada fəlakət olacaq?

Son günlər sosial şəbəkələrdə 12 avqust 2026-cı il tarixində Yer planetinin cazibə qüvvəsinin 7 saniyə ərzində itəcəyi və bunun dünyada yıxılmalardan 40 milyon insanın ölümünə səbəb olacağına dair iddialar sürətlə yayılıb.Metbuat.az xəbər verir ki, bu iddiaların heç biri elmi əsaslara söykənmir və rəsmi mənbələr tərəfindən də təsdiqlənmir. NASA və bir çox fakt-yoxlama saytları bu fikirləri açıq şəkildə təkzib edib. NASA-nın açıqlamasında vurğulanır ki, Yer kürəsinin cazibə qüvvəsi planetin ümumi kütləsindən yaranır və bu qüvvə ani şəkildə itə bilməz. Yer planetinin nüvəsi, mantiyası, quru, okean və atmosfer kimi bütün komponentlərinin kütləsi bir neçə saniyəyə yox ola bilməz. Buna görə də cazibə qüvvəsinin sönməsi mümkün deyil. Ən çox yayılan versiyalardan biri iddia edir ki, “Project Anchor” adlı 89 milyard dollarlıq gizli NASA proqramı bu hadisəyə hazırlıq üçün mövcuddur. Lakin belə bir proqram və ya belə bir sənədin rəsmi sübutu yoxdur və heç bir etibarlı mənbədə belə bir sənədə rast gəlinməyib. Elmi ictimaiyyət vurğulayır ki, cazibə qüvvəsinin müvəqqəti olaraq sönməsi üçün Yer kürəsinin bütün kütləsinin ani şəkildə yox olması lazımdır ki, bu fizika qanunlarına ziddir və heç bir real kosmik hadisə belə nəticə verə bilməz. 12 avqust 2026-cı ildə baş verəcək real astronomik hadisə tamamilə fərqlidir. Bu tarixdə dünya üzrə bəzi ərazilərdə tam Günəş tutulması gözlənilir ki, bu da cazibə qüvvəsinə təsir etmir və elmi baxımdan təhlükəsizdir.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
39
metbuat.az

1Источники