Yazıçı Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyündən imtina edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabındakı açıqlamasında bildirib:
“Son qərarımı verdim: AYB üzvlüyündən imtina edirəm. 37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram. Nə isə…
Fikrimi ilk dəfə buradan bildirirəm: Xoşca qalın, getdim…”
Xatırladaq ki, AYB tərəfindən üzvlük haqqını ödəməyən şəxslərin siyahısının dərc olunacağının bildirilməsi günlərdir müzakirələrə səbəb olub. /Oxu.Az/