RU

Avstraliyada Türkiyə tennisinin yeni tarixi yazılır

Türkiyəli tennisçi Zeynəb Sönməz Avstraliyada tarix yazmaqda davam edir.

"Football-plus.az" xəbər verir ki, Melburn şəhərində ilin ilk böyük dəbilqə seriyalı turniriolan ''Avstraliya Open'' davam edir.

Zeynəb təsnifatda 3 rəqibi keçərək turnirin əsas mərhələsinə yüksəlmiş, burda keçirdiyi ilk oyunda dünya reytinqinin 11-ci pilləsində qərarlaşan rusiyalı Yekaterina Aleksandrovanı məğlub edərək böyük sürprizə imza atmışdı.

Reytinqin 112-ci pilləsində qərarlaşan Sönməz ikinci mərhələdə də yaxşı mənada təəccübləndirməyi bacarıb. O, reytinqin 74-ci pilləsində qərarlaşan macarıstanlı Anna Bondarı 6:2, 6:4-lük hesablarla iki setdə yenməyi bacarıb. Zeynəb bununla da ''Avstraliya Open''da qadınların təklər yarışında 3-cü mərhələyə yüksələn ilk türkiyəli tennisçi kimi tarixə düşüb! 3-cü mərhələdə isə Zeynəb Yuliya Putintseva ilə qarşılaşacaq.

Əslən rusiyalı olmasına baxmayaraq Qazaxıstanı təmsil edən Putintseva reytinqin 94-cü pilləsində qərarlaşıb. Türkiyə tennisində yeni bir cığır açan Zeynəb Sönməz növbəti dəfə tarix yaza bilər. Putintsevanı da mübarizədən kənarlaşdıracağı təqdirdə o, ümumilikdə böyük dəbilqələrdə 4-cü mərhələyə yüksələn tarixdəki ilk türkiyəli tennisçi olacaq.

Избранный
54
1
football-plus.az

2Источники