RU

Ziyad Abbasəliyev 76 yaşında vəfat etdi

Dövlət Statistika Komitəsi sədrinin keçmiş müavini və Aparat rəhbəri Ziyad Abbasəliyev 76 yaşında vəfat edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər. Qeyd edilib ki, o bu gün dünyasını dəyişib.

Z.Abbasəliyev 1996-cı ilin fevralından Dövlət Statistika Komitəsində Əhalinin Siyahıya alınması idarəsinin rəisi və komitə sədrinin müavini vəzifəsini icra edib.

2005-ci ildə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. 2011-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 2015-ci ildən öz istəyi ilə təqaüdə çıxıb.

Избранный
147
6
far.az

10Источники