RU

Sumqayıtda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Niyazi küçəsində qeydə alınıb.

Belə ki, "Kia Sorento" və "Mercedes" markalı minik avtomobilləri toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Избранный
81
10
unikal.az

10Источники