RU

"Qalatasaray" "Atletiko Madrid" oyunu heç-heçə yekunlaşdı -

UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda "Qalatasaray" "Atletiko Madrid"i qəbul edib. Metbuat.az xəbər verir ki, ilk hissədə klublar hərəyə bir dəfə fərqləniblər. Culiano Simeone 4-cü dəqiqədə İspaniya təmsilçisini hesabda önə çıxarsa da, 20-ci dəqiqədə Markos Lyorente avtoqola imza atıb. Tərəflər ikinci hissədə fərqlənə bilməyiblər və oyun 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, "Atletiko Madrid" 13 xalla 36 komanda arasında 8-ci pillədə, "Qalatasaray" isə 10 xalla 16-cı yerdədir.

Избранный
41
metbuat.az

1Источники