RU

Qışda yüksək əhval yaradan qidalar açıqlandı

Soyuq və günəşsiz qış aylarında bir çox insanda halsızlıq və əhval düşkünlüyü müşahidə olunur. Mütəxəssislər bildirir ki, düzgün qidalanma əhvalın yüksəlməsində mühüm rol oynayır.

Milli.Az xəbər verir ki, araşdırmalara görə, aşağıdakı qidalar xoşbəxtlik hormonlarının (serotonin və dopamin) artmasına kömək edir:

Tünd şokolad - stressi azaldır, əhvalı yüksəldir

Banan - serotonin istehsalını artırır

Qoz, badam, fındıq - sinir sistemini gücləndirir

Balıq (xüsusilə somon) - omega-3 ilə depressiya riskini azaldır

Yumurta - B vitaminləri ilə enerji verir

Yulaf və tam taxıllar - qan şəkərini balansda saxlayır

Portağal, naringi, limon - C vitamini ilə yorğunluğu azaldır

Mütəxəssislər qış aylarında bu qidaların rasiona daxil edilməsini, eyni zamanda kifayət qədər su içməyi və gün işığından mümkün qədər faydalanmağı tövsiyə edirlər.

Milli.Az

Избранный
44
20
milli.az

10Источники