Rusiyada qonşu qisas almaq üçün 14 yaşlı qızı öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Komi Respublikasında qəddarlıqla müşayiət olunan cinayət hadisəsi baş verib. Kişi qonşuları ilə olan münaqişə zəminində onların 14 yaşlı qızını qətlə yetirib.
Məlumata görə, Yuliya adlı məktəbli bir neçə gün əvvəl itkin düşüb. Polis aparılan araşdırmalar nəticəsində qızın yoxa çıxmasında və qətlində 37 yaşlı Alekseyin əli olduğunu müəyyən edib.
Yeniyetmənin meyiti onun ailəsinin və qatilin yaşadığı binanın girişindəki (blokundakı) boş, yaşayış olmayan mənzildə aşkarlanıb.
İstintaq zamanı məlum olub ki, qonşular arasında daim mübahisələr yaşanıb və cinayətkar ailədən qisas almaq məqsədilə uşağı öldürmək qərarına gəlib.
Xuraman Etibarlı
İnterpress.az