525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Şri-Lankada 3563 karatlıq sapfir ictimaiyyətə təqdim olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təqdimat paytaxt Kolombonun işgüzar mərkəzlərinin birində təşkil edilib.
Mütəxəssislərin rəyinə əsasən, unikal sapfir 300-400 milyon dəyərindədir. 2023-cü ildə Patnapur şəhəri yaxınlığındakı mədənlərin birində tapılan qiymətli daş hazırda alimlərin ixtiyarındadır. Onun harada saxlanması təhlükəsizlik məqsədilə açıqlanmır.
Qeyd edək ki, sapfir göy və mavi rəngdə olur. Kimyəvi quruluşu Al2O3-dir. Zərgərlik də geniş istifadə olunan sapfir həm də müalicəvi xüsusiyyətlərə malikdir.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.