RU

“Nyukasl" evdə PSV-yə şans vermədi

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turu çərçivəsində “Nyukasl Yunayted” və PSV komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, İngiltərənin Nyukasl-apon-Tayn şəhərində yerləşən “Sent-Ceyms Park” stadionunda təşkil olunan qarşılaşmada meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar. Görüşü Almaniyanın Berlin şəhərindən olan baş hakim Daniel Zibert idarə edib.

Matçın 8-ci dəqiqəsində Yoan Vissa “sağsağanlar”ı hesabda irəli çıxarıb. 30-cu dəqiqədə Entoni Qordon fərqi iki topa çatdırıb. Qarşılaşmada son nöqtəni isə 65-ci dəqiqədə Harvi Barns qoyub.

Bu nəticədən sonra “Nyukasl Yunayted” 13 xalla UEFA Çempionlar Liqasının turnir cədvəlində 7-ci pilləyə yüksəlib. PSV isə 8 xalla 22-ci sırada qərarlaşıb.

Qeyd edək ki, 2025/2026 mövsümü UEFA Çempionlar Liqasının final oyunu 30 may 2026-cı ildə Budapeştdə yerləşən “Puşkaş Arena” stadionunda keçiriləcək.

Избранный
146
90deqiqe.az

1Источники