RU

Ronaldu karyerasında 960-cı qolunu vurub

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu peşəkar karyerasında 960-cı qolunu vurub.

"Far.Az"un məlumatına görə, o, Səudiyyə Ərəbistanı çempionatının XVII turunda "Damak" ilə matçda 50-ci dəqiqədə Joao Feliksin ötürməsindən rəqib qapısına yol tapıb.

Qarşılaşmada Ronaldonun qolu qələbəni təmin edib - 2:1.

Ronaldu milli komandalar, Avropa çempionatları və Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu və rəsmi matçlarda 960 qola çatan ilk futbolçudur. Portuqaliyalı mütəxəssisin hesabında beş Çempionlar Liqası, 2016-cı ildə bir Avropa çempionatının qızıl medalı və iki UEFA Millətlər Liqası titulları var.

Избранный
79
1
far.az

2Источники