RU

Azərbaycanda nikah şəhadətnaməsi dəyişdiriləcək? Ər və arvad sözünün əvəzinə…

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Polşada nikah şəhadətnamələrindəki “ər” və “arvad” sözləri “birinci həyat yoldaşı” və “ikinci həyat yoldaşı” ifadələri ilə əvəz olunacaq. Məlumata görə, hazırda müvafiq qayda hazırlanır. Sosial medianın Azərbaycan seqmentində də bu barədə müzakirələr başlayıb və fikirlər birmənalı deyil.

Bundan əvvəl deputat Qüdrət Həsənquliyev də təklif etmişdi ki, Azərbaycan qanunvericiliyində “ər-arvad” sözləri “həyat yoldaşı” ifadəsi ilə əvəz edilsin.

Bu konteksdə bizdə də qeyd edilən sözlər dəyişilməlidirmi? “Ər və arvad” yerinə nə təklif edilə bilər?

Globalinfo.az-da danışan deputat Fazil Mustafa deyib ki, burada “həyat yoldaşı” ifadəsi məsələnin semantik məzmununa tam uyğun gəlmir:

“Dəyişiklik zəruridirsə, “bəy” və “xanım” formasından istifadə daha məqsədəuyğundur. Yəni “xanımın bəyi” və “bəyin xanımı” ifadələri məna baxımından daha aydındır. “Ər və arvad” və ya “həyat yoldaşı” terminləri isə müəyyən hallarda mürəkkəb, anlaşılmaz məna yaradır. Məsələn, Türkiyədə geniş istifadə olunan “bay” və “bayan” ifadələri də bu baxımdan diqqət çəkir. Azərbaycanda isə “bəy” və “xanım” anlayışları həm uyğun, həm də illərdir dilimizdə oturuşmuş ifadələrdir”.

Deputat bildirib ki, məsələni müzakirə edərək optimal nəticəyə gəlmək mümkündür:

“Bu prosesdə dilin semantik quruluşunu dərindən bilən və türkcədə uğurlu termin seçiminə töhfə verə biləcək bütün təkliflər diqqətlə dəyərləndirilməlidir”.

Qeyd edək ki, Azərbaycanda nikah haqqında şəhadətnamədə “ər” və “arvad” kimi qeyd edilir. Məsələn, nikah haqqında rəsmi nümunədə belə göstərilir:

Ər: (kişinin soyadı)

Arvad: (qadının soyadı)

Bu, nikah aktının rəsmiləşdirildiyi sənəddə tam adlar və digər məlumatlarla birlikdə əks olunur. Ədliyyə Nazirliyinin nümunə sənədində də belə yazılır.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
103
globalinfo.az

1Источники