RU

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi şəhidlərin ev muzeylərini ziyarət edib - FOTOLAR

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Ağsu rayonunun Padar kəndində şəhid ailələrinə ziyarət edib.

QHT.az xəbər verir ki, bu barədə təşkilatın sədri Tünzalə Abduləlimova məlumat verib. Onun sözlərinə görə, 21 yanvar 2026-cı il tarixində birlik üzvləri ilə birlikdə Ağsu rayonunun Padar kəndində şəhid Ceyhun Xəlilov ev muzeyi ziyarət olunub. Ziyarət zamanı şəhidin xatirəsi ehtiramla anılıb, ailə üzvləri ilə görüş keçirilib, onların qayğı və problemləri ilə maraqlanılıb. Həmin gün eyni zamanda Kürdəmir rayonunda Ziya Nurməmmədovun da ev muzeyi ziyarət edilib. Şəhidin həyat və döyüş yolunu əks etdirən eksponatlarla tanış olunub, ailəsinə mənəvi dəstək göstərilib.

 

Избранный
40
1
qht.az

2Источники