RU

Qəhvə sümüklərin zəifləməsinə səbəb olur? -Açıqlama

Kardioloq İrina Vasilyeva qəhvə ilə bağlı yayılmış üç yanlış fikri təkzib edib.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu barədə özünün teleqram kanalında yazıb.

Həkimin sözlərinə görə, qəhvə sümüklərin zəifləməsinə səbəb olmur. O bildirib ki, osteoporoz — sümüklərin incəlib kövrəkləşməsi deməkdir və aparılan araşdırmalar qəhvənin bu prosesə ciddi təsir göstərmədiyini sübut edir. Vasilyeva qeyd edib ki, bir fincan qəhvə orqanizmdən cəmi 4–6 milliqram kalsium aparır. Müqayisə üçün, bir xörək qaşığı süddə təxminən 20 milliqram kalsium var. Buna görə də qəhvəyə süd əlavə etdikdə, bədəndəki kalsium miqdarı azalmır, əksinə arta da bilər.

Mütəxəssis əlavə edib ki, qəhvə asılılıq yaratmır. Onun sözlərinə görə, qəhvə nikotin və alkoqol kimi psixoaktiv maddələr siyahısına daxil deyil, çünki sosial problemlərə və davranış pozuntularına səbəb olmur.

Bundan başqa, Vasilyeva qəhvənin oynaqlara da zərər vermədiyini bildirib. Əksinə, müasir tibbdə bu içki orta miqdarda qəbul edildikdə oynaqları qoruyan vasitə kimi dəyərləndirilir.

Aytəkin TOFİQQIZI

Избранный
120
1
redaktor.az

2Источники