RU

"Qarabağ" yatağının işlənməsi üçün yaradılmış əməliyyat şirkəti ləğv edilir

Bakı. Trend:

"Karabakh Joint Operating Company B.V." şirkətinin AzərbaycanRespublikasındakı Filialı ləğv olunur.

Trend xəbər verirki, bu barədə şirkət özü elan edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 62, MarinePlaza mərtəbə 16 ünvanına bildirə bilərlər.

Sözügedən şirkətin filialı 2020-ci ildə Azərbaycanda dövlətqeydiyyatına alınıb. Filialının rəsmi nümayəndəsi Babaxan EminCəmaləddin oğludur.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin "Equinor"şirkəti 31 may 2018-ci ildə Bakıda "Qarabağ" yatağının işlənməsiüzrə Risk Service Contract (Risk-Xidmət Müqaviləsi) imzalayıblar.Layihənin icrası üçün SOCAR və "Equinor" bərabər paylarla (50%–50%)əməliyyat şirkəti ("Karabakh Joint Operating Company B.V")yaradıblar.

2023-cü ildə “Equinor” şirkəti Azərbaycan bazarını tərk etməkbarədə qərar qəbul edib. 2023-cü ilin sonunda Azərbaycan DövlətNeft Şirkəti (SOCAR) tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG),“Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsiüzrə Norvecin “Equinor” şirkətinə məxsus iştirak paylarınınalınmasına dair sənədlər imzalanıb. Bundan sonra bərabər paylayaradılmış şirkətin ləğv olunması gündəmə gəlib.

Məqalədə:
Избранный
94
3
az.trend.az

4Источники