Bakı. Trend:
30 ildən çoxdur ki, Avropa təhsil sistemini qəbul etmişik,bakalavr və magistr təhsil pillələrini tətbiq etmişik. Amma bununlayanaşı, sovet təhsil sisteminin qalığı olan iki pilləli müdafiəsistemini də saxlamışıq.
Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü VasifQafarov komitənin bugünkü iclasında deyib.
“Bu 30 ildən artıq bir müddətdə bir dənə magistr dissertasiyasıortada yoxdur ki, kitab kimi çap olunsun, o kitaba və yadissertasiyaya hansısa istinad olunsun. Magistrın yazdığıdissertasiya elmə hansısa bir töhfə vermirsə, o zaman sual olunur,bu dissertasiya nə üçün yazılır?”, - deyə o sual ünvanlayıb.
Millət vəkili bildirib ki, hazırda əsas etibarilə vaxt itkisinixatırladan magistratura mərhələsini hazırkı fəlsəfə doktoruhazırlığı üzrə doktoratura səviyyəsində gücləndirməyi, hazırkıfəlsəfə doktoru hazırlığı üzrə doktoranturanı da elmlər doktoruhazırlığı üzrə doktorantura səviyyəsində gücləndirməyi və beləlikləikimərhələli doktoranturanı birmərhələli doktorantura ilə əvəzetməyi və bununla da elm və təhsil sistemimizi beynəlxalq təcrübəyəuyğunlaşdırmağı təklif edir.
Deputat xatırladıb ki, elmi dərəcələrin və elmi adlarınverilməsi də hazırda ümumilikdə 4 mərhələdən ibarətdir:
“Bu mərhələlərin hər biri tədqiqatçının azı 4-5 və ya 6-7, bəzihallarda 8-10 ilini alır. Tədqiqatçı bu mərhələləri bitirəndə artıqtəqaüd yaşına çatır. Dünyada qəbul olunan norma bundan ibarətdirki, tədqiqatçı ən geci 40-45 yaşına kimi bütün elmi mərhələlərikeçib bir alim kimi tam formalaşmalı və bundan sonrakı dövrdəprofessor kimi elmə və təhsilə xidmət etməli, kadr hazırlığı iləməşğul olmalı və s. Bizdə isə, elm yolunda olan mərhələlər həmçoxdur, həm də bürokratik proses çox ağırdır. Bəzən bu prosesəinsan ömrü belə bəs eləmir.
Elmi irəliləyişin bu mərhələləri adlamaqla deyil, aliminfəaliyyət göstəriciləri əsasında qiymətləndirilməsi daha uyğunolardı, çünki müasir beynəlxalq elmi mühitdə akademik nüfuz formaltituldan daha çox real elmi nəticələrlə ölçülür”.
V.Qafarovun fikrincə, hazırkı sistemin mərhələli, uzunmüddətli,bürokratik və səmərəsiz olması gənc tədqiqatçıların akademikkaryera qurmasına mane olur və elmin inkişaf tempini zəiflədir.
“Daha müasir yanaşma kimi beynəlxalq standartlara uyğun vahiddoktorluq müdafiə mexanizminin tətbiqi, müdafiə prosesində xariciekspertlərin iştirakının təmin edilməsi və elmi fəaliyyətinqiymətləndirilməsində əsas meyar kimi nəşrlər, sitat indeksləri vətədqiqat layihələrinin nəticələrinin götürülməsini təklifedirəm.
Bununla paralel olaraq, hesab edirəm ki, elm və ali təhsilmüəssisələrində akademik azadlıqların gücləndirilməsi, genclərinelmə gəlişinin təşviq edilməsi üçün stimullaşdırıcı addımlarınatılması, universitetlərdə müasir çağırışlara cavab verən yenitədris proqramlarının formalaşdırılması, elmi dərəcələrin verilməsivə kadr siyasəti sahəsində təhsil sisteminin çevikliyini vəkeyfiyyətini artıracaq addımların atılması vacibdir”.