RU

Bir ekosistemində önəmli dəyişikliklər: yeni strateji idarəetmə dövrü başlayır

Bakı. Trend:

30 dekabr 2025-ci il tarixindən “PAŞA Holding”in yeni törəməşirkəti – “PAŞA Maliyyə Holding”-i fəaliyyətə başlayıb. Bu stratejiaddımla Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Birekosistemi də yeni holdinqin tərkibinə daxil edilib və idarəetməstrukturunda mühüm təyinatlar həyata keçirilib.

Yeni strukturun formalaşdırılması ilə “PAŞA Holding”in Başİcraçı direktorunun müavini və Bir ekosisteminin Baş İcraçıdirektoru Fərid Məmmədov “PAŞA Maliyyə Holding”in Baş İcraçıdirektoru və Bir ekosisteminin Müşahidə Şurasının sədri vəzifəsinətəyin edilib. O, yeni vəzifəsi ilə yanaşı, “Kapital Bank” ASC-ninMüşahidə Şurasının sədri qismində də strateji rəhbərliyini davametdirəcək.

“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri və Baş İcraçıdirektoru Fərid Hüseynov da yeni strateji vəzifəyə təyin olunub.Fərid Hüseynova 2026-cı ilin yanvar ayından etibarən KapitalBank-dakı vəzifəsi ilə yanaşı, Bir ekosisteminin Baş İcraçıdirektoru səlahiyyəti də verilib.

Kapital Bank-ın İdarə Heyətinin üzvü Cavid Mirzəyev isə Birekosisteminin Fintex Biznesi üzrə rəhbəri təyin edilib. O, eynizamanda bankın İdarə Heyətinin sədri Fərid Hüseynovun 1-ci müavinivəzifəsinə də təyinat alıb. Qeyd edək ki, Cavid Mirzəyev daha öncəKapital Bank-ın Baş Pərakəndə Biznes İnzibatçısı vəzifəsini icraedirdi.

Bir ekosisteminin daxilində yaradılan Ödənişlər Biznesininrəhbərliyi isə Cəlal Orucova həvalə olunub. Həmçinin, ÖdənişlərBiznesinin istiqamətlərindən olan, ölkənin ən iri elektron pultəşkilatlarından biri “m10” və “MilliÖn” platformalarınıbirləşdirən PashaPay MMC-nin rəhbərliyində də dəyişiklik edilib.Belə ki, Pünhan Nərimanov PashaPay MMC-nin İcraçı direktoru təyinolunub.

Ölkənin ən böyük elektron ticarət platformalarından biri olanBirmarket-in Baş İcraçı direktoru vəzifəsinə Samir Məmmədov təyinolunub. O, daha öncə Azərbaycanın ilk irimiqyaslı elektron ödəməsistemlərinin inkişafı ilə məşğul olan fintex startapı PashaPay-ərəhbərlik edib.

Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank,Birmarket, m10, MilliÖn və Bir Bonus brendlərini bir çətir altındabirləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKartkimi birgə müəssisələrlə əməkdaşlıq edərək müştəri təcrübəsinizənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyorşəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-dəBirbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-daBirbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramındanvə bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün buimkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus,Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaqmüştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdimedir.

Избранный
33
5
az.trend.az

6Источники