RU

“Ryanair” rəhbəri ilə Mask arasında QALMAQAL: “İdiotlar” adlı kampaniya BAŞLATDI – FOTO

 “Ryanair” “İlon Mask və digər idiotların şərəfinə” şok endirim kampaniyası başladıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Amerikalı milyarder İlon Mask və “Ryanair” aviaşirkətinin baş direktoru Maykl O’Liri arasında yaşanan qiyabi mübahisə maraqlı bir marketinq gedişi ilə nəticələnib.

Tərəflər arasında “Starlink” peyk internetinin təyyarə göyərtələrində əlçatanlığı mövzusunda yaranan söz atışması aviaşirkəti qeyri-adi addım atmağa vadar edib.

Belə ki, “Ryanair” şirkəti baş verənlərə cavab olaraq “İlon Mask və digər idiotların şərəfinə” (In honor of Elon Musk and other idiots) adlı müvəqqəti endirim kampaniyasına start verib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
25
interpress.az

1Источники