RU

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında 10-cu turun oyunları baş tutacaq

Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında 10-cu turun oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, kişilərin yarışında “Neftçi” “Azərreyl”lə qarşılaşacaq.

Görüş saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında start götürəcək.

Qadınların mübarizəsində isə tura saat 16:00-da “Azərreyl” - “Gəncə” matçı ilə start veriləcək. Günün ikinci görüşü saat 18:00-da “Abşeron” və “DH Volley” arasında baş tutacaq.

Qeyd edək ki, hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.

İdman.Biz
Избранный
43
1
idman.biz

4Источники