RU

Bəzi universitetlərə daha çox muxtariyyət verilməsi imkanları nəzərdən keçirilməlidir – Sədr müavini

Bakı. Trend:

Xüsusilə də məzunlara fokuslanmaqla xaricdə təhsil üzrə DövlətTəhsil Proqramı ilə bağlı ictimai dinləmə təşkil edilməlidir.

Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədrmüavini Fariz İsmayılzadə komitənin bugünkü iclasında deyib.

Sədr müavini vurğulayıb ki, bu proqram çərçivəsində təhsil alıbölkəyə qayıdan minlərlə məzunun hazırkı vəziyyəti, harada və hansısektorlarda çalışmaları, işlə təmin olunma mexanizmləri, həmçininonlarla aparılan ideoloji və inteqrasiya işi ciddi təhliledilməlidir. Bu şəxslər bir neçə il xaricdə yaşayıb, fərqliakademik və sosial mühitlərdə formalaşıblar və onların ölkənininkişafına verdiyi töhfələr obyektiv qiymətləndirilməlidir:

“Nəzərə alsaq ki, bu proqram artıq on ildən çoxdur icra olunur,düşünürəm ki, ilkin nəticələrin təhlili, mövcud vəziyyət və gələcəkplanlar barədə ictimai dinləmənin keçirilməsi olduqca vacibdir.Xüsusilə onu da qeyd etmək lazımdır ki, bu proqram çərçivəsindəxeyli maliyyə vəsaiti xarici universitetlərə yönəldilir. Bubaxımdan alternativ modellər – ikili diplom proqramlarınıngenişləndirilməsi, xarici müəllimlərin Azərbaycanuniversitetlərində dərs deməsi kimi mexanizmlər də müzakirə mövzusuola bilər. Hesab edirəm ki, bu məsələlər ictimai dinləmədə genişşəkildə müzakirə edilməlidir”.

Millət vəkili bildirib ki, bəzi universitetlərdə mövcudixtisaslar əmək bazarının tələblərinə uyğun gəlmir:

“Bazar sürətlə dəyişir, texnologiyalar inkişaf edir, yeni qlobaltendensiyalar meydana çıxır. Sual yaranır: biz bu dəyişikliklərə nəqədər çevik uyğunlaşa bilirik, yeni və interdisiplinar ixtisaslarınə qədər sürətlə aça bilirik? Bu kontekstdə hesab edirəm ki, Elm vəTəhsil Nazirliyi ilə birgə müzakirələr aparılmalı və müəyyənsahələrdə universitetlərə daha çox muxtariyyət verilməsi imkanlarınəzərdən keçirilməlidir. Bu, ali təhsil müəssisələrinə daha çevikqərarlar qəbul etmək və əmək bazarının tələblərinə operativreaksiya vermək imkanı yarada bilər”.

Избранный
84
1
az.trend.az

2Источники