Ağdaşda yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun Ləki qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. Belə ki, "BMW" və "Vaz 2107" markalı avtomobillərin toqquşması zamanı müxtəlif bədən xəsarərləri alan 1968-cı il təvəllüdlü Hüseynov Fəzail Baxış oğlu xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov