RU

Motosiklet avtomobillə toqquşdu: 19 yaşlı oğlan öldü

Ötən gecə Bakıda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində - Əhməd Rəcəbli küçəsi ilə F.X.Xoyski küçəsinin kəsişməsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Tural Cəmşid oğlu Şəfizadənin sürdüyü “Renault Megane” markalı avtomobillə 2007-ci il təvəllüdlü Ramal Elnur oğlu Səfərlinin idarə etdiyi “İhondza FX32” markalı motosikletin toqquşması nəticəsində sonuncu vəfat edib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

"Cebheinfo.az"

Избранный
73
1
cebheinfo.az

2Источники