RU

Tramp özünü diktator adlandırıb

ABŞ Prezidenti Donald Tramp diktaturanın müəyyən faydaları olduğunu deyib və özünü diktator adlandırıb.

Missiya.Az xəbər verir ki, Amerika lideri bunu “World Economic Forum” çərçivəsində Davosdakı çıxışından sonra biznes nümayəndələri ilə görüş zamanı deyib.

ABŞ Prezidenti Davosda keçirilən Dünya İqtisadi Forumundakı (DİF) çıxışını belə şərh edib:

Çox yaxşı çıxışımız oldu, tərif dolu rəylər aldıq. Buna inana bilmirəm. Adətən deyirlər ki, Tramp dəhşətli diktatordur. Mən diktatoram. Amma bəzən diktator olmaq lazımdır”, - deyə siyasətçi vurğulayıb.

Tramp qeyd edib ki, hər şey sağlam düşüncəyə əsaslanır. Bunun mühafizəkarlıq, liberalizm və ya başqa bir şeylə heç bir əlaqəsi yoxdur.

Daşqın HəsənovMissiya.Az

Избранный
107
missiya.az

1Источники