RU

Bu ölkə ABŞ ilə müharibəyə hazırlaşır

Kanada Silahlı Qüvvələri ABŞ ilə artan diplomatik gərginlik və Prezident Donald Trampın açıqlamaları fonunda son 100 ildə ilk dəfə olaraq mümkün işğala qarşı müdafiə ssenariləri üzərində işləməyə başlayıb. 

Rəsmilər bu planlaşdırmanın tamamilə nəzəri və ehtiyat xarakteri daşıdığını vurğulasalar da, iki ölkə arasındakı münasibətlərin gəldiyi nöqtəni göstərməsi baxımından bu addım mühüm əhəmiyyət kəsb edir.

"Cebheinfo.az"-ın  "The Globe and Mail" qəzetinə istinadən  məlumatına görə, Kanada ordusu mümkün qarşıdurma zamanı konvensional üsullarla ABŞ-ni dayandıra bilməyəcəyinin fərqindədir. Bu səbəbdən hazırlanan modeldə aşağıdakı strategiyalar ön plana çıxır.

Birbaşa cəbhə döyüşləri əvəzinə sabotaj, pusqu və “vur-qaç” taktikalarına üstünlük verilir.

Adı açıqlanmayan bir rəsmi bildirib ki, bu model 1979–1989-cu illərdə Sovet-Əfqan müharibəsi zamanı Sovet qüvvələrinə qarşı tətbiq edilən taktikalardan ilhamlanaraq yaradılıb. Məqsəd işğalçı qüvvələrə yüksək itkilər verdirərək işğalı bahalı və davamolunmaz hala gətirməkdir.

Ənənəvi ağır silahlardan çox pilotsuz uçuş aparatlarının (dronların) effektiv istifadəsi planlaşdırılır.

Gərginliyin əsas səbəblərindən biri Prezident Trampın Kanadanı “51-ci ştat” kimi xarakterizə etməsi və Arktika bölgəsindəki “təhlükəsizlik boşluqları”na diqqət çəkməsidir. Bundan əlavə, Trampın Danimarkaya məxsus Qrenlandiyanı ilhaq etmək niyyəti ilə bağlı israrlı açıqlamaları və bölgəyə hərbi qüvvə göndərilə biləcəyi ehtimalı Kanadanı müdafiə strategiyalarını yenidən nəzərdən keçirməyə vadar edib.

Избранный
23
cebheinfo.az

1Источники