RU

Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları dinləyəcək

Bakı, 22 yanvar, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yanvarın 26-da Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşlarla görüşəcək.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-da Qobustan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə bağlı görüşdə iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinə (əlaqə vasitələri: (020) 265 33 04, (055) 655 57 65, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

Избранный
87
azertag.az

1Источники