RU

Anardan Zahid Sarıtorpağın istefasına reaksiya:"Gedənə "yaxşı yol" deyərlər"

"Gedib özü bilər, xoş getdi. Gedənə "yaxşı yol" deyərlər". Pravda.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev yazıçı-şair Zahid Sarıtorpağın qurumdan istefasına münasibət bildirərkən deyib.

 

Sədr AYB üzvünün istefasının səbəbini bilmədiyini bildirib:

 

"Özündən soruşun. Ərizə verirlər, baxırıq, layiq olanlar sıralarımıza qəbul olunur. Kimsə çıxmaq istəsə, deyirik xoş gəldin. Çıxmaq istəyib, lap yaxşı, özü bilər, xoş getdi".

 

Anar Rzayev AYB-dən istefalara reaksiyası belə olub: "Elə bilməsinlər ki, Yazıçılar Birliyi bununla nəsə itirir, əsla".

 

Qeyd edək ki, yazıçı-şair Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən istefa verib. O bildirib ki, AYB üzvlüyündən istefa verməsi qurumun ondan tələb etdiyi üzvlük haqqı ilə bağlı deyil:

 

"37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram"

Tarix: 22 Yanvar 2026, 11:26   
Избранный
57
4
pravda.az

5Источники