Bakıda gənc oğlan küçədə ölüb.
Modern.az xəbər verir ki, hadisə 21 yanvar günorta saatlarında Nizami rayonu, 8-ci kilometr qəsəbəsi ərazisində qeydə alınıb.
21 yaşlı Yaqubov Yaqub Elnur oğlu küçədə qəfil dünyasını dəyişib. Meyit yoldan keçənlər tərəfindən aşkarlanıb.
Y. Yaqubovun ürəktutmasından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.