RU

Uitkoff: Ukrayna nizamnlanmasının yekun mərhələsindəyik

ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff Ukraynadakı böhranın həllinin son mərhələsinə qədəm qoyduğunu bildirib.

"Yeni Sabah" xəbər verir ki, o, Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib:

"Artıq prosesin sonundayıq. Həqiqətən nikbinəm".

O əlavə edib ki, "çoxlu irəliləyiş əldə edilib".

Uitkoff bir məsələnin həll olunmadığını və tərəflərin istəsə, həll edilə biləcəyini açıqlayıb. Xüsusi nümayəndə həmin məsələnin nə olduğunu dəqiqləşdirməyib.

O bu gün Moskvaya gedəcəyini təsdiqləyib.

Xüsusi elçi Rusiyaya səfərindən sonra Ukrayna üzrə işçi qrupunun görüşlərinin keçiriləcəyi BƏƏ-yə gedəcəyini açıqlayıb.

Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Putinin mətbuat katibi Dmitri Peskov da Uitkoffun Trampın kürəkəni Cared Kuşnerin müşayiəti ilə Moskvaya gələcəyini açıqlayıb.


Telegram kanalımız
Избранный
53
yenisabah.az

1Источники