RU

Ötən il 6 897 halda əmək qanunvericiliyinin pozulması aşkar edilib - DƏMX

Bakı.Trend:

2025-ci il üzrə fəaliyyətimizə nəzər salsaq il ərzindəvətəndaşlardan və dövlət qurumlarından daxil olmuş müraciətlərinaraşdırılması nəticəsində Xidmət tərəfindən 6 897 halda əməkqanunvericiliyinin pozulması halları aşkar edilib və inzibatitənbeh tədbirləri görülüb.

Trend xəbərverir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindənkeçirilən mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev “DövlətƏmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və2026-cı il üçün hədəfləri” mövzusunda çıxış edərkən deyib.

Xidmət rəisi bildirib ki, görülmüş tədbirlər nəticəsindəvətəndaşlara gecikdirilmiş 842 minmanata yaxın vəsaitin ödənilməsitəmin edilib.

“Belə ki, həmin ödənişlərdən 93,66 %-i (788 934,49 AZN)əməkhaqqı, 1,67 %-i (14 050 AZN) zərərə görə ödənc, 4,67 %-i (39360,46 AZN) sosial müavinət və kompensasiyadan ibarət olub. Bundanəlavə, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqlaxitam verilmiş 89 nəfər öz əvvəlki işinə bərpa edilib”.

Məqalədə:
Избранный
155
az.trend.az

1Источники