RU

Məsud Pezeşkiana sui-qəsd ola bilər

"Mafiyanın Prezident Məsud Pezeşkianı öldürməsi ehtimalı var".

"Yeni Sabah" xəbər verir ki, bunu "Həmşəhri TV" efirində bir iqtisadi ekspert iddia edib.

Onun sözlərinə görə, mafiya güzəştli valyuta satışının ləğvindən sonra  İran Prezidentin öldürülməsi fikrinə düşə bilər. Çünki dövlətin aşağı qiymətə öz ehtiyatlarından satdığı xarici valyuta hesabına kriminal qurumlar qanunsuz qazanc əldə edirlər.

"Mən Prezidentə görə çox narahatam. Onlar gəlirlərinin itirlməsi ucbatından Məsud Pezeşkiana qəsd edə bilərlər".

Xatırladaq ki, İslam Respublikasında dövlətin xarici valyuta ehtiyatları xüsusi ixrac-idxal əməliyyatları üçün 42000 tümən qiymətinə satılır. Sərbəst "exchange"də isə 1 ABŞ dolları üçün son qiymət təxminən 130 min tüməndir.

Əziz Rzazadə


Telegram kanalımız
Избранный
48
3
yenisabah.az

4Источники