RU

Yüksək Liqada X turun oyunları keçiriləcək

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında X turun matçları baş tutacaq.

Fanat.Az xəbər verir ki, kişilərin yarışında "Neftçi" "Azərreyl"lə üz-üzə gələcək.

Qarşılaşma saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında start götürəcək.

Qadınların mübarizəsində isə tura saat 16:00-da "Azərreyl" - "Gəncə" matçı ilə start veriləcək. Günün ikinci görüşü saat 18:00-da "Abşeron" və "DH Volley" arasında baş tutacaq.

Hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.

Избранный
26
fanat.az

1Источники