O. fanklubun Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda "Qarabağ"ın "Ayntraxt"a qarşı keçirdiyi matçda nümayiş etdirilən məlum xoreoqrafiyanın hazırlanma prosesindən də bəhs edib:
"Hər şey əla oldu. Böyük xoreoqrafiya hazırlandı. Buna ciddi maliyyə vəsaiti ayrıldı. 7-8 min manat xərc çıxdı.Bu pulu öx hesabımıza toplamışdıq. Sizin 5-10 saniyə görəcəyiniz xoreoqrafiya üçün 8 min xərcləndi. Onu hazırlamaq günlərlə vaxt aldı. Xarici fanklublarda bu işləri görən xüsusi adamlar var.“Ayntraxt”da klubun işçiləri kömək edir. Bizdə amma öz uşaqlarımız işləyir. Maliyyəni özümüz yığırıq. Qrupumuz var. Ora 300 manat, 200 manat pul atan nə qədər uşaq var idi. 50-100 - kimin nəyə gücü çatırsa, atdı. Ən az pul verən 20 manat atdı".
MÜZƏFFƏR QULUZADƏ