RU

Kanadanın yeni esmineslərini dəstəkləmək üçün sınaq müəssisəsi inşa ediləcək

Yeni nəsil “River” sinif esminesləri istismara vermək və istifadə müddətində dəstəkləmək üçün Kanada Müdafiə Nazirliyi Hartlen-Point-də (İstern-Passaj, Yeni Şotlandiya) yerüstü sınaq kompleksi inşa edir.

Herbiand.az xəbər verir ki, Müdafiə Nazirliyi kompleksin silahların sınaq meydançası kimi nəzərdə tutulmadığını bildirib.

Yeni Şotlandiyanın Dartmut şəhərindəki PCL Construction şirkəti tərəfindən idarə olunan layihənin 2028-ci ilin əvvəlində başa çatdırılması planlaşdırılır. Layihə müddətində təxminən 200 iş yerinin yaradılması gözlənilir.

Yeni nəsil esmineslərin inşası İkinci Dünya Müharibəsindən bəri Kanadada həyata keçirilən ən böyük və mürəkkəb gəmiqayırma layihəsidir. “River” sinifli esminetslər Kanada Hərbi Dəniz Qüvvələrində istismardan çıxarılmış dörd “Iroquois” sinifli esminesi və 12 “Halifax” sinifli freqatı əvəz edəcək.

“River” sinifli esminetslərin uzunluğu 151,4 metr, eni 20,75 metr olacaq. Silahlanmaya “Sea Ceptor” zenit raket kompleksi, “Tomahawk” qanadlı raketlər üçün Mk.41 şaquli buraxılış sistemi, ASROC sualtı qayıq əleyhinə raketlər və AGM-158C LRASM gəmi əleyhinə raketlər daxildir. Həmçinin, 127 mm-lik top qurğusu, 20 və 30 mm-lik top kompleksləri də var. Vertolyot meydançası CH-47 “Chinook” kimi ağır nəqliyyat vasitələrini yerləşdirmək üçün nəzərdə tutulub.

Bəxtiyar CƏFƏRLİ

Избранный
11
herbiand.az

1Источники