RU

Əhliman Əmiraslanov: Rezidentlərə əlavə ödəniş edilməsi məsələsi müzakirə edilə bilər

BAKI, 22 yanvar. TELEQRAF

Fəaliyyətə başlayan həkim nə qədər əməkhaqqı alırsa, rezident də o qədər maaş alır. Bununla bağlı qanun var və 2011-ci ildə qəbul edilib.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
"Mən də istəyərəm ki, rezidentlər yüksək maaş alsınlar. Əməkhaqqı məsələsi qanunda öz həllinitapıb. Sığortadan gələn gəlirlərdən rezidentlərə əlavə ödəniş edilməsi məsələsi müzakirə edilə bilər", - deyə komitə sədri bildirib.

Избранный
175
3
teleqraf.com

5Источники