RU

İsveçrə Silahlı Qüvvələrinin nümayəndələri MKE-ni ziyarət edib

İsveçrə Silahlı Qüvvələrinin Baş Qərargahından polkovnik Tomas Brunner və onu müşayiət edən hərbi nümayəndə heyəti Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkətini ziyarət edib.

MKE-dən “Poliqon”a verilən məlumata görə, ziyarət çərçivəsində nümayəndə heyətinə şirkətin fəaliyyət sahələri, texnoloji infrastrukturu və həyata keçirilən layihələr barədə ətraflı məlumat təqdim olunub.

Görüşlər zamanı mümkün əməkdaşlıq istiqamətləri də müzakirə edilib.

Nümayəndə heyətinə MKE-nin geniş məhsul portfeli təqdim edilib. MKE TOLGA yaxın hava hücumundan müdafiə sistemi və yedəkdə daşınan 105 mm-lik BORAN yüngül haubitsası başda olmaqla şirkət istehsalı yüksək texnologiyalı məhsullar böyük maraq doğurub.

Beləliklə, MKE şirkəti müdafiə sənayesi sahəsindəki bilik və təcrübəsi, güclü istehsal infrastrukturu, eləcə də milli və beynəlxalq əlaqələri sayəsində əməkdaşlıqlarını gücləndirməyə davam edir. 2026-cı ildə də xarici nümayəndə heyətlərinin ziyarətləri davam edən MKE, ötən il Ankaradakı Baş İdarəetmə kompleksi və zavodlarında 39 ölkədən 56 rəsmi nümayəndə heyətini və 21 şirkət təmsilçisini qəbul edib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

2dfec209

bcea33a6

Избранный
59
poliqon.az

1Источники