Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasının ilkin keçiriləcəyi tarix məlum olub.
Aznews.az xəbər verir ki, tədbirlərin Bakıda martın 3-də keçirilməsi planlaşdırılır, lakin qeyd olunan tarix dəyişə bilər.
“Tədbirlərin keçirilməsi martın əvvəlinə nəzərdə tutulub. İlkin məlumata görə, bu 3 mart tarixində baş tutacaq, lakin tarix dəyişə bilər”, – mənbə bildirib.
Qeyd edək ki, tədbirə bir sıra ölkələrdən nazirlər, nazir müavinləri, digər yüksək səviyyəli nümayəndələr, maliyyə institutları və enerji şirkətləri qatılacaq.