RU

Bu qidalar körpələrinizi ÖLÜMƏ APARIR – Valideynlərə XƏBƏRDARLIQ!

İsveçrədən ölkəmizə idxal olunan “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı uşaq qidasında təhlükəli çirkləndiricinin aşkarlanması valideynlər arasında ciddi narahatlıq yaradıb.

Belə ki, istehsal və son istifadə tarixləri 09.10.2025–09.10.2027-ci illəri əhatə edən məhsul partiyasında “Sereulid” adlı zərərli maddənin mövcudluğu Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə müəyyən edilib və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi bildiriş daxil olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata əsasən, xəbərdarlıq daxil olan kimi operativ tədbirlərə başlanılıb, riskli hesab edilən məhsul partiyasının dövriyyəyə buraxılması dərhal dayandırılıb və bazardan yığışdırılması istiqamətində müvafiq addımlar atılıb. Hazırda məhsulun ölkəyə hansı həcmdə idxal edildiyi, hansı satış nöqtələrinə paylandığı və istehlakçılara çatıb-çatmadığı araşdırılır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan qida təhlükəsizliyi üzrə ekspert Xalid Qurbanov bildirib ki, “Sereulid” çirkləndiricisi xüsusilə körpə və azyaşlı uşaqlar üçün ciddi risk yarada bilər. Onun sözlərinə görə, uşaq qidaları ən həssas məhsul kateqoriyasına aid olduğundan, tərkibində aşkar edilən istənilən yad maddə uşağın immun sistemi, həzm sistemi və ümumi inkişafına mənfi təsir göstərə bilər: “Belə çirkləndiricilər uzunmüddətli istifadədə allergik reaksiyalar, bağırsaq problemləri və maddələr mübadiləsinin pozulması kimi fəsadlara səbəb ola bilər. Ona görə də valideynlər bu tip xəbərdarlıqlara çox ciddi yanaşmalı, şübhəli məhsullardan dərhal imtina etməlidirlər”.

Ekspert qeyd edib ki, RASFF sistemi Avropa və tərəfdaş ölkələr üçün erkən xəbərdarlıq mexanizmi rolunu oynayır və bu cür halların vaxtında aşkara çıxarılması daha böyük risklərin qarşısını alır. “AQTA-nın operativ reaksiya verməsi müsbət haldır, lakin valideynlər də diqqətli olmalı, aldıqları uşaq qidalarının etiket məlumatlarını, istehsalçı şirkəti və son istifadə tarixlərini mütləq yoxlamalıdırlar”.

Избранный
29
nocomment.az

1Источники