Özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata keçirilməsi təklif edilir.
Publika.az xəbər verir ki, bununla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara dəyişiklik edilir.
Qanun layihəsi parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.