RU

Əmək müqaviləsiz işləyən şəxs sonradan stajını bərpa edə bilər?

"Əmək müqaviləsiz işləyən şəxs sonradan stajını bərpa edə bilməz. Əmək müqaviləsiz işə cəlb olunma hallarına görə qanunvericilikdə ağır cərimələr nəzərdə tutulur".

 

Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

 

Əmək müqaviləsiz işləyən şəxs sonradan stajını bərpa edə bilər?

 

O qeyd edib ki, stajın bərpa olunması mümkün deyil:

 

"Bəzi hallarda sənədlər olarsa, vətəndaş məhkəməyə müraciət edə bilər. Əmək müqaviləsi olduqda isə dövlət bunu qoruyur, sığorta mexanizmləri tətbiq edir. Bu səbəbdən işəgötürənlər və işçilər arasında mütləq şəkildə müqavilə imzalanmalıdır".

 

Oxu.az

Tarix: 22 Yanvar 2026, 13:08   
Избранный
119
11
pravda.az

10Источники