RU

Məktəbdə HƏYƏCAN: 13 yaşlı şagird xadiməyə bıçaqla HÜCUM ETDİ – FOTO

Tatarstanda məktəbdə 13 yaşlı şagird xadiməyə bıçaqla hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Tatarıstanın Nijnekamsk şəhərində yerləşən 37 saylı liseydə fövqəladə hadisə baş verib. Bu gün səhər saatlarında 13 yaşlı şagird məktəbin girişində təhsil müəssisəsinin əməkdaşına – xadiməyə bıçaqla hücum çəkib.

Məlumata görə, yeniyetmə bununla kifayətlənməyib, o, dəhlizdə partlayıcılar (petardalar) atmağa başlayıb. Qorxuya düşən şagirdlər sinif otaqlarına girərək qapıları bağlayıb gizləniblər.

Hazırda binadakı hər kəs təxliyə edilib. Hadisə yerinə təcili xidmət orqanları cəlb olunub. Hücum edən məktəbli saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
56
interpress.az

1Источники