RU

Zelenski Davosa getdi

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşməsi planlaşdırılan Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa gəlib.

"Yeni Sabah" UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov danışıb.

Görüşün Kiyev vaxtı ilə təxminən saat 14:00-da keçirilməsi planlaşdırılır.

Nikiforov hazırda yalnız protokol çəkilişlərinin planlaşdırıldığını, lakin formatın görüşdən qısa müddət əvvəl dəyişə biləcəyini aydınlaşdırıb.

Ukrayna Prezidentinin həmçinin Dünya İqtisadi Forumunda çıxış etməsi və Ukraynanın Bərpası üzrə Beynəlxalq Məsləhət Şurasının panel müzakirəsində iştirak etməsi planlaşdırılır. Zelenski tədbir zamanı enerji şirkətlərinin nümayəndələri ilə də görüşəcək.


Telegram kanalımız
Избранный
37
12
yenisabah.az

10Источники