Yeni proseslərə aydınlıq gətirən ABŞ-ın Ankaradakı səfiri Tom Barrak deyib: "ABŞ-SDQ tərəfdaşlığı həmişə taktiki olub, heç bir mərkəzi hökumət mövcud olmadığı zaman İŞİD-i məğlub etmək üçün qurulub. Bu missiya əsasən başa çatıb. Suriyanın artıq tanınmış mərkəzi hökuməti var".
Artıq ABŞ reallığı düzgün dəyərləndirib separatizmə dəstəyini dayandırdı. Bu, Suriya üçün həlledici məqamdır.
Suriya Prezidenti Əhməd Şaraa öz növbəsində ölkənin şimal-şərqi ilə bağlı yeni fərmanı imzaladı. Həmin sənəddə SDQ (SDF) strukturlarının faktiki olaraq ləğvini və bu qüvvələrin fərdi qaydada Suriya ordusuna inteqrasiyası nəzərdə tutulur.
Təbii ki, belə önəmli prosesə müqavimət göstərmək istəyənlər var. Xüsusilə İsrailin dəstəyi ilə Suriyaya qarşı təhdidlərin davam etməsi mümkündür. Amma görünən odur ki, ABŞla Türkiyə arasında davam edən intensiv danışıqlar müsbət nəticələrini verir. Biz siravi Azərbaycan vətəndaşı olaraq Orta Şərqdə, o cümlədən Suriyada sabitliyin bərqərar olmasının tərəfdarıyıq. Həmin ölkədə uzun illərdir ki, bir çox xalqlarla bərabər türkmən qardaşlarımız da qanlı toqquşmalardan əziyyət çəkir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31