RU

Avropada qazın qiymətində rekord bahalaşma qeydə alınıb

Bakı, 22 yanvar, AZƏRTAC

Avropada min kubmetr qazın qiyməti 2025-ci ilin mart ayından bəri ilk dəfə 500 dolları ötüb.

AZƏRTAC xəbər verir ki, London ICE birjasının ticarət məlumatları qazın qiymətinin rekord artımını göstərir.

Niderlanddakı TTF habında fevral ayı üçün fyuçerslərin qiyməti bir kubmetr qaz üçün 505 dollara yüksəlib.

Bahalaşma Avropada havaların şaxtalı keçməsi və yeraltı anbarlarda qaz ehtiyatların tükənməsi fonunda baş verib. “Gas Infrastructure Europe” assosiasiyası Aİ ölkələrinin artıq qaz ehtiyatlarının üçdə ikisindən çoxunu istifadə etdiyini bildirib. Yanvarın 18-nə olan məlumata görə, Avropanın yeraltı qaz anbarlarında qazın həcmi 49,8 faizə enib.

Qış mövsümü başlayandan bəri Avropa ölkələri 33,8 milyard kubmetr qaz istifadə edib ki, bu da istilik mövsümünə hazırlıq məqsədilə anbarlara vurulan qazın 67,5 faizini təşkil edir.

 

Избранный
49
2
azertag.az

3Источники